...

Azərbaycan Parlamentinin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək

Siyasət Materials 27 May 2010 10:41 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Parisə gedib.
Azərbaycan Parlamentinin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək

Azərbaycan, Bakı, 27 may /Trend, A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Parisə gedib.

"Millət vəkili Rəfael Hüseynovun iştirak edəcəyi iclaslarda qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin iclasında Venesuelada demokratiyanın vəziyyəti, Aralıq dənizi hövzəsində ətraf mühitin mühafizəsi, meşələrin hazırkı durumu və gələcəyi, silahlı münaqişələrin, həmçinin, hərbi tullantıların ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq", - cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

AŞ PA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin gündəliyinə Şimali Qafqazda insan haqlarının pozulması halları, bununla bağlı hüquqi müdafiə tədbirləri, ekstremizm əleyhinə mübarizə və digər mövzular daxil edilib.

Tədbirlərdə Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Səfər iyunun 1-də başa çatır.

Xəbər lenti

Xəbər lenti