...

Batumi məhkəməsi üç azərbaycanlı qadına qarşı həbs qətimkan tədbiri seçib

Siyasət Materials 2 İyun 2010 20:46 (UTC +04:00)
Saxlanılanlar 2 ay azadlıqdan məhrum edilib. Bu barədə Trend-ə Gürcüstan sərhəd polisindən məlumat verilib.
Batumi məhkəməsi üç azərbaycanlı qadına qarşı həbs qətimkan tədbiri seçib

Gürcüstan, Tbilisi, 2 iyun /Trend, müxbir N.Kirsxaliya/

Xelvaçauri rayonunda Gürcüstan-Türkiyə sərhədini qanunsuz olaraq keçmək istərkən saxlanılmış azərbaycanlı qadınlar - İradə Həsənova, Zamirə Abbasova və Aynur Qurbanova 344-cü maddə, 2-ci bənd, "a" yarımbəndi üzrə təqsirləndirilib.

Saxlanılanlar 2 ay azadlıqdan məhrum edilib. Bu barədə Trend-ə Gürcüstan sərhəd polisindən məlumat verilib.

Azərbaycanlı qadınlar qanunsuz olaraq Türkiyəyə keçmək istərkən Acarıstanın dağlıq Xelvaçauri rayonunda saxlanılıb.

Xəbər lenti

Xəbər lenti