...

Azərbaycanın hakim partiyasının MSK-ya yeni üzvü təsdiq edilib

Siyasət Materials 8 İyun 2010 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən iclasında Yeni Azərbaycan Partiyasının müraciətinə baxılaraq, Şaiddin Əliyev partiyanın MSK komissiyasına üzv seçilib.

MSK sədrinin sədr müavini Svetlana Qasımova rəhmətə getdiyindən, hakim partiyanın həmin yeri boş qalmışdı.

Milli Məclisdə, həmçinin, "Azərbaycan Respublikası hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa; "Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa; Azərbaycan
Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununa; "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa; "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa; "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa; "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununa; "Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Xəbər lenti

Xəbər lenti