...

Azərbaycan bölgələrində ağır cinayətlərə dair işlər üzrə məhkəmələr yaradılacaq

Siyasət Materials 22 İyun 2010 15:37 (UTC +04:00)
Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlaraəlavə və dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul olunub.
Azərbaycan bölgələrində ağır cinayətlərə dair işlər üzrə məhkəmələr yaradılacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul olunub.

Parlamentarilərə qanunvericilik haqqında geniş məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov təqdim edib.

"Dəyişikliklər Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur", - Hüseynov bildirib. Onun sözlərinə görə, qanundan Şura üzvlərinin hakimlərinə bu vəzifəyə iki dəfədən çox seçilməyə imkan verməyən bənd çıxarılıb.

Parlament komitəsi sədrinin sözlərinə görə, dəyişikliklərə əsasən, bölgələrdə ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin şöbələri yaradılacaq.

"Ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin şöbələri apelyasiya məhkəmələrinin fəaliyyət göstərdiyi bölgələrdə açılacaq. Bundan başqa, bölgələrdə ağır cinayətlərə dair işlər üzrə məhkəmələr ağır cinayətlərə dair hərbi məhkəmələrin səlahiyyətlərini də həyata keçirəcək", - Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti