...

Azərbaycan Parlamenti yay sessiyası dövründə səmərəli iş görüb - vitse-spiker

Siyasət Materials 2 İyul 2010 15:22 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi yay sessiyasına nəzərdə tutulan bütün qanunvericilik işlərini yerinə yetirib, - yay sessiyasının yekunlarına həsr edilən mətbuat konfransında Parlamentin vitse-spikeri Bahar Muradova deyib.
Azərbaycan Parlamenti yay sessiyası dövründə səmərəli iş görüb - vitse-spiker

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisi yay sessiyasına nəzərdə tutulan bütün qanunvericilik işlərini yerinə yetirib, - yay sessiyasının yekunlarına həsr edilən mətbuat konfransında Parlamentin vitse-spikeri Bahar Muradova deyib.

"Parlamentin yay sessiyasının 11 iclasında 81 qanun və qərar, üç növbədənkənar iclasda isə 39 qanun və qərar qəbul edilib", - Muradova qeyd edib.

Onun sözlərinə görə, Parlamentin komitələri ötən dövr ərzində 82 iclasda 124 məsələni müzakirə etməklə səmərəli iş görüblər.

Xanım Muradova qəbul edilən qanunlar sırasında ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət edən Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri və eləcə də hərbi doktrinanı xüsusi qeyd edib.

"Ötən sessiya ərzində Azərbaycan Parlamentinə 2 691 təklif, müraciət və şikayət daxil olub. Parlamentarlar 2 861 vətəndaşı qəbul ediblər ki, bu da Parlamentin ictimaiyyət üçün açıq olmasından xəbər verir", - vitse-spiker vurğulayıb.

Xəbər lenti

Xəbər lenti