...

Payızda Azərbaycan və Almaniya parlamentariləri arasında məsləhətləşmələr aparılacaq - Almaniya - Cənubi Qafqaz Dostluq Parlamenti Qrupunun üzvü Manfred Grund

Siyasət Materials 13 İyul 2010 13:42 (UTC +04:00)
Almaniya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın vacib olduğu sahə - Avropaya inteqrasiya və Avropa hüquq normalarının milli qanunvericiliyə tətbiqidir, təcrübə mübadiləsi bu sahəyə yardım edə bilər, Almaniya - Cənubi Qafqaz Dostluq Parlamenti Qrupunun üzvü Manfred Grund deyib.
Payızda Azərbaycan və Almaniya parlamentariləri arasında məsləhətləşmələr aparılacaq - Almaniya - Cənubi Qafqaz Dostluq Parlamenti Qrupunun üzvü Manfred Grund

Almaniya, Berlin, 13 iyul /Trend, müxbir О.Səttarov/

Almaniya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın vacib olduğu sahə - Avropaya inteqrasiya və Avropa hüquq normalarının milli qanunvericiliyə tətbiqidir, təcrübə mübadiləsi bu sahəyə yardım edə bilər, Almaniya - Cənubi Qafqaz Dostluq Parlamenti Qrupunun üzvü Manfred Grund deyib.

"Hal-hazırda ölkələrimizin partiyaları və parlamentləri arasında bir sıra əlaqələr mövcuddur. Şəxsən mən oktyabr-noyabr aylarında Azərbaycan parlamentariləri ilə məsləhətləşmələr aparmaq üçün nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edəcəyəm", - Grund Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bundestaqda xarici siyasət ekspertləri Azərbaycanda seçkiləri diqqətlə müşahidə edəcəklər. "Çox güman ki, ATƏT öz müşahidəçi-deputatlarını Avropanın müxtəlif ölkələrindən, o cümlədən, Almaniyadan göndərəcəklər", - Grund deyib.

Üç Cənubi Qafqaz ölkəsinin Avropaya inteqrasiyada uğur qazanmaq şansını qiymətləndirən deputat qeyd edib ki, "Avropa İttifaqı region ölkələrinə Avropa qonşuluq siyasəti və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində inteqrasiya barədə təkliflər verib". "Hazırda Aİ bu ölkələrə təşkilata üzvlüyün perspektivləri ilə bağlı vədlər vermək iqtidarında deyil", - Grund deyib. - "Bu, ölkələrin özündən asılıdır, belə ki, onlar Avropa standartlarını nə qədər çox qəbul edib özlərinə tətbiq etsələr, bir o qədər də Aİ-yə yaxınlaşmış olarlar".

"Aİ Cənubi Qafqaz ölkələrini bu islahatların həyata keçirilməsində dəstəkləyəcək", - deputat deyib. Onun sözlərinə görə, Avropa standartlarının region ölkələrinin siyasi, ictimai və iqtisadi inkişafına mümkün qədər geniş şəkildə tətbiqi onların Aİ-yə üzv olub-olmamasından asılı olmayaraq yerinə yetiriləcək.

"İttifaqaqoşulma perspektivlərindən islahatların başlanğıcında deyil, üzvlük meyarlarının əksər hissəsi yerinə yetirilən zaman danışmaq olar", - Grund bildirib.

Regionda həll olunmamış münaqişəyə gəldikdə isə, deputat deyib ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və bu nöqteyi-nəzərdən hökumət mövcud qurum çərçivəsində Dağlıq Qarabağ probleminin həlli üçün göstərilmiş səyləri dəstəkləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Avropa Parlamenti birmənalı şəkildə münaqişənin həll prinsiplərini dəstəkləyir", - Grund deyib. - "Buna müvafiq olaraq, Avropa Parlamenti erməni hərbi qüvvələrinin digər şərtlərlə çıxarılmasını tələb edib".

Bu şərtlərdən biri də, onun sözlərinə görə, erməni hərbi hissələrinin Dağlıq Qarabağda əhalinin təhlükəsizliyini təmin edə biləcək beynəlxalq sülhməramlı kontingentlərlə əvəz olunmasıdır.

"Bununla yanaşı, Madrid prinsiplərinə əsasən, ən azı, Dağlıq Qarabağın müvəqqəti statusu üzrə qarşılıqlı anlaşmaya nail olunmalıdır", - Grund deyib. - "Bu qərar ərazi bütövlüyü və öz müqəddəratını həlletmə hüququ prinsipləri arasında güzəştlərə əsaslanacaq".

Xəbər lenti

Xəbər lenti