Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Qasımova/
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov telefon söhbət zamanı ikitərəfli münasibətlərə və regiondakı vəziyyətə dair bir sıra aktual məsələləri müzakirə ediblər. Bu barədə RF XİN-in məlumatında deyilir.
Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.