...

Azərbaycanın Gəncə şəhərində polis qanunsuz dövriyyədən 50 kiloqramdan artıq narkotik vasitə çıxarıb

Siyasət Materials 11 Avqust 2010 16:11 (UTC +04:00)
Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şoto Rustaveli küçəsi - 61a-da yaşayan 34 yaşlı Məmmədov Xudayar Həmid oğlunun həyətyanı sahəsində yetişdirilmiş 86 çətənə kolu və qurudulmuş halda 50 kq narkotik aşkarlanıb.
Azərbaycanın Gəncə şəhərində polis qanunsuz dövriyyədən 50 kiloqramdan artıq narkotik vasitə çıxarıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Gəncə şəhərində polis qanunsuz dövriyyədən 50 kiloqramdan artıq narkotik vasitə çıxarıb.

Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şoto Rustaveli küçəsi - 61a-da yaşayan 34 yaşlı Məmmədov Xudayar Həmid oğlunun həyətyanı sahəsində yetişdirilmiş 86 çətənə kolu və qurudulmuş halda 50 kq narkotik aşkarlanıb.

Məmmədov əvvəllər iki dəfə oğurluq və sağlamlığa zərər vurma cinayətlərinə görə məhkum olunub.

Məmmədov saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti