...

Azərbaycan Dövlət Sərhəd Xidmətinin əksər şəxsi heyəti 2013-cü ilədək tam müqaviləli xidmətdən ibarət olacaq - DSX rəisi Elçin Quliyev

Siyasət Materials 18 Avqust 2010 10:52 (UTC +04:00)
2013-cü ilədək Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əksər şəxsi heyəti tam müqaviləli xidmətdən ibarət olacaq.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əksər şəxsi heyəti 2013-cü ilədək tam müqaviləli xidmətdən ibarət olacaq - DSX rəisi Elçin Quliyev

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əksər şəxsi heyəti 2013-cü ilədək tam müqaviləli xidmətdən ibarət olacaq. Bunu çərşənbə günü jurnalistlərə DSX rəisi Elçin Quliyev bildirib.

"Sərhəd mühafizəsinin təşkili və şəxsi heyətlə komplektləşdirilməsi nöqteyi-nəzərindən bu gün DSX-nin heç bir problemi yoxdur", - o bildirib.

Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 91-ci ildönümü münasibətilə sərhədçilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

DSX-nin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərliyi ilə xidmətin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanındakı abidəyə əklil qoyublar.

18 avqust 1919-cu ildə Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib. 16 avqust  2000-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla 18 avqust  Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilib.

DSX rəisinin sözlərinə görə, Azərbaycan sərhədçiləri növbəti ildönümünə çox yüksək nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə yaxınlaşıblar.

Xəbər lenti

Xəbər lenti