...

Qarşıdakı Parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin olması Azərbaycanın uğurudur – ATƏT nümayəndəsi

Siyasət Materials 23 Avqust 2010 12:14 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel Azərbaycanda keçiriləcək qarşıdakı Parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakını ölkənin uğuru kimi qiymətləndirir.
Qarşıdakı Parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin olması Azərbaycanın uğurudur – ATƏT nümayəndəsi

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel Azərbaycanda keçiriləcək qarşıdakı Parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakını ölkənin uğuru kimi qiymətləndirir. Bu barədə o, bazar ertəsi Azərbaycanın dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların açılış mərasimində deyib.

Onun sözlərinə görə, qarşıdakı Parlament seçkilərini ATƏT-dən 450 nümayəndə müşahidə edəcək ki, onların 45 nəfəri uzunmüddətli müşahidəçidir.

Azərbaycanda Parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti