Тürkmənistan, Aşqabad, 26 avqust /Trend, müxbir H.Həsənov/
ATƏT-in Aşqabaddakı mərkəzinin dəstəyi altında Türkmənistan Mərkəzi Seçki Komissiyasının əməkdaşları seçkilərin müasir metodlarla keçirilməsini öyrənmək üçün Makedoniya, Polşa və Sloveniyaya tanışlıq səfəri ediblər.
Türkmənistan yerli idarəetmə orqanlarına seçkilərin keçirilməsinə hazırlaşır.
"Təlim xarakteri daşıyan bu səfərlər Türkmənistanın yerli idarəetmə orqanlarına qarşıdakı seçkilərdən əvvəl üç müxtəlif ölkədə seçkilərin keçirilmə təcrübəsini müzakirə etməyə imkan verəcək", - ATƏT-in Aşqabaddakı mərkəzinin rəhbəri, səfir Arsim Zekoli deyib.
Press-relizdə qeyd olunduğuna görə, Türkmənistan nümayəndələri xarici və daxili işlər, ədliyyə nazirlikləri, həmçinin, Radio-Televiziya Yayımları Şurası və Ali Məhkəməyə baş çəkiblər. Bundan əlavə, nümayəndə heyəti Varşavada yerləşən demokratik institut və insan haqları bürosunun nümayəndələri ilə də görüşüblər.
Zekolinin fikrincə, "təlimxarakterli səfərlər Türkmənistanda seçki prosesinin təşkilinə müsbət təsir göstərir, Türkmənistanla ATƏT-ə üzv digər ölkələr arasında çoxtərəfli münasibətləri möhkəmləndirir".