...

Fələstin Milli Muxtariyyəti ilə İsrail arasında birbaşa danışıqlar nəticəsiz olacaq – Knessetin deputatı

Siyasət Materials 2 Sentyabr 2010 09:00 (UTC +04:00)
Fələstin Milli Muxtariyyəti ilə İsrail arasında cümə axşamı Vaşinqtonda bərpa olunacaq sülh danışıqlarının birbaşa formatı heç bir müsbət nəticə verməyəcək. Knessetdə "Milli-Demokratik İttifaq" ərəb blokundan olan deputat Hənin Zəəbi belə hesab edir. "Bundan əvvəlki danışıqlar kimi, birbaşa danışıqların bu mərhələsi də nəticəsiz olacaq", -xanım Zəəbi telefonla Trend-ə bildirib.
Fələstin Milli Muxtariyyəti ilə İsrail arasında birbaşa danışıqlar nəticəsiz olacaq – Knessetin deputatı

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Fələstin Milli Muxtariyyəti ilə İsrail arasında cümə axşamı Vaşinqtonda bərpa olunacaq sülh danışıqlarının birbaşa formatı heç bir müsbət nəticə verməyəcək. Knessetdə "Milli-Demokratik İttifaq" ərəb blokundan olan deputat Hənin Zəəbi belə hesab edir.
"Bundan əvvəlki danışıqlar kimi, birbaşa danışıqların bu mərhələsi də nəticəsiz olacaq", -xanım Zəəbi telefonla Trend-ə bildirib.

Sentyabrın 2-də Vaşinqtonda Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbasla İsrailin Baş naziri Benyamin Netanyahu birbaşa sülh danışıqlarının bərpa olunmasını rəsmən bəyan edəcəklər. Həmin danışıqlar yekun sülh sazişi məsələlərini əhatə edəcək. Sülh prosesi faktiki olaraq 2008-ci ildə dondurulub, 2010-cu ilin mayında isə ABŞ-ın vasitəçiliyi ilə bir sıra qapalı danışıqlar keçirilib.

Knessetin deputatı qarşıdakı birbaşa danışıqların uğursuz nəticələnəcəyinə əmindir, çünki onlar münaqişənin əsas məqamlarına toxunmurlar və danışıqlar qeyri-bərabər şərtlər üzrə bərpa olunur.

"Əslində danışıqlarda Qəzza sektorunun blokadasının aradan qaldırılması, Mahmud Abbas hakimiyyətinin legitimliyinin tanınması, yəhudi məskənlərinin salınmasına qoyulan qadağanın uzadılması və Qüdsün yəhudiləşdiirlməsinin dayandırılması məsələlərinə baxılmalıdır, - Zəəbi bildirib. - Hazırkı danışıqlar qeyri-bərabər şərtlərlə davam edəcək və İsrailə işğal olunmuş ərazilərdə məskunlaşma fəaliyyəti üçün daha böyük imkanlar verəcək".

İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə bəyan edib ki, qərb sahilində və Şərqi Qüdsdə yəhudi məskənlərinin tikintisinin dayandırılması barədə məsələ Vaşinqtondakı danışıqlar zamanı müzakirə olunmayacaq. İsrail rəhbəri təsdiqləyib ki, yaşayış məskənlərinin tikilməsinə qoyulan və müddəti sentyabrın 26-da başa çatan qadağa uzadılmayacaq.

Zəəbi güman edir ki, İsrail birbaşa danışıqlardan regionda müvəqqəti sabitlik üçün istifadə edəcək və bu sabitliyin köməy iilə o, məskunlaşma fəaliyyətini davam etdirəcək.

"İsrail gözəl anlayır ki, bu danışıqlar nəticəsiz olacaq, lakin beynəlxaql təzyiqlərə və regiondakı qısamüddətli sabitliyə görə razılıq verib", - deputat güman edir.

Bundan əlavə, birbaşa danışıqların bərpa olunmuş mərhələsində Fələstinin digər fraksiyalarına məhəl qoyulmadan yalnız Mahmud Abbasın partiyası iştirak edəcək. Zəəbi bunun səbəbini Abbas hökumətinin İsrail və ABŞ-ın təzyiqləri qarşısında davamsızlığında və öz şərtlərinə əməl olunmasında israr etmədən danışıqlara razılıq verməsində görür.

"Fələstinin digər partiyaları İsrail yəhudi məskənlərinin tikintisini dayandırmayınca və Qüdsün beynəlxalq statusunun müəyyən edilməsinə razılıq verməyincə, hər hansı danışıqlardan imtina edirlər, - Zəəbi deyib. - Danışıqlara razılıq verməklə Abbas administrasiyası İsraili ona qarşı beynəlxalq təzyiqlərin güclənməsindən xilas etdi".

Bu arada regionundakı sülh prosesinin ənənəvi vasitəçisi olan Yaxın Şərq dördlüyü (ABŞ, Rusiya, Aİ və BMT) sülh danışıqlarına heç bir maneə olmayacağı halda, "iki xalq üçün iki dövlət" konsepsiyası əsasında yekun nizamlanmaya bir il ərzində nail olunacağına dair əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti