...

Bakıda Azərbaycanla Almaniya arasında hərbi əməkdaşlıq sahəsində ikitərəfli danışıqlar keçiriləcək

Siyasət Materials 13 Sentyabr 2010 11:28 (UTC +04:00)
Bakıda Azərbaycanla Almaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi üzrə ikitərəfli danışıqlar keçiriləcək.
Bakıda Azərbaycanla Almaniya arasında hərbi əməkdaşlıq sahəsində  ikitərəfli danışıqlar keçiriləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycanla Almaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi üzrə ikitərəfli danışıqlar keçiriləcək. Danışıqlar sentyabrın 13-15-də əməkdaşlıq proqramları çərçivəsində Almaniya nümayəndə heyətinin Bakıya səfəri zamanı aparılacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Azərbaycan 30-dan çox ölkə ilə hərbi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb. Respublika, təxminən, 53 dövlətlə hərbi sahədə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti