Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyasının gəncləri Ukraynanın Regionlar Partiyası gənclərinin qurultayında iştirak edəcək.
"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Ümumukrayna Gənclər İctimai Təşkilatı "Ukrayna Regionları Gənclər İttifaqı"nın dəvəti ilə bu qurumun V qurultayında iştirak edəcək", - partiyanın mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda bildirilir.
Ümumukrayna Gənclər İctimai Təşkilatı "Ukrayna Regionları Gənclər İttifaqı"nın qurultayı sentyabrın 21-də Kiyev şəhərində keçiriləcək.
Yeni Azərbaycan Partiyası ilə Ukraynanın Regionlar Partiyası arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur.