...

Azərbaycan Parlamenti Ombudsmanın əmək haqqını qaldırdı

Siyasət Materials 22 Oktyabr 2010 13:05 (UTC +04:00)
Milli Məclisin (MM) bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.
Azərbaycan Parlamenti Ombudsmanın əmək haqqını qaldırdı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycan Parlamenti Ombudsmanın əmək haqqının artırılması barədə qərar qəbul edib.

Milli Məclisin (MM) bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.

Layihədə Ombudsmanın aylıq məvacibinin 1 320 manatdan 1 800 manata qaldırılması nəzərdə tutulub.

Parlament Konstitusiya Qanununa dəyişikliyi qəbul edib.

Xəbər lenti

Xəbər lenti