...

Azərbaycanda çap olunan seçki bülletenləri gələn həftədən paylanmağa başlanacaq - MSK

Siyasət Materials 23 Oktyabr 2010 11:41 (UTC +04:00)
Azərbaycanda çap olunan seçki bülletenləri oktyabrın 25-dən paylanmağa başlanacaq.
Azərbaycanda çap olunan seçki bülletenləri gələn həftədən paylanmağa başlanacaq - MSK

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda çap olunan seçki bülletenləri oktyabrın 25-dən paylanmağa başlanacaq. Bu barədə şənbə günü Trend-ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunur.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin sayından 3% artıq bülleten çap olunacaq.

Oktyabrın 22-dən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə çap edilir.

Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilib.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci, 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərti ilə səsvermə gününə, ən azı, 10 gün qalmış Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti