Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir M.Əliyev/
Saat 11:30-a olan məlumata görə, "Seçkilər" İnformasiya Mərkəzinin "qaynar xətt"inə heç bir ərizə daxil olmayıb. Bu barədə Trend-ə Mərkəzin rəhbəri Ramil Hüseynov məlumat verib.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.
Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.