...

Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk anılıb

Siyasət Materials 10 Noyabr 2010 11:19 (UTC +04:00)
Bu gün bu münasibətlə Mustafa Kamal Atatürkün Bakıdakı heykəli ziyarət edilib. Ziyarətçilər arasında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə vətəndaşları, Azərbaycanda təhsil alan türk tələbələr də olub.
Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk anılıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk anılıb.

Bu gün bu münasibətlə Mustafa Kamal Atatürkün Bakıdakı heykəli ziyarət edilib. Ziyarətçilər arasında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə vətəndaşları, Azərbaycanda təhsil alan türk tələbələr də olub. Heykəlin önünə əklillər qoyulub.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının I Dünya Müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edib. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına start verib.

İyulun 14-də ordudan istefa verən Mustafa Kamal iyulun 23-də Ərzurum şəhərində böyük toplantı - Ərzurum Konqresini təşkil edib. Toplantıda "Ya istiqlal, ya ölüm!" şüarı ilə işğala qarşı mübarizənin başlanması qərara alınıb. 1920-ci il aprelin 23-də ölkənin hər tərəfindən gələn nümayəndələrin iştirakı ilə Ankarada Böyük Millət Məclisinin açılışı olub və Mustafa Kamal Məclisin sədri seçilib. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında toplanan müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayıb. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatıb. Böyük Millət Məclisi Mustafa Kamalı prezident seçib. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" soyadını verib.

Xəbər lenti

Xəbər lenti