...

Azərbaycanda parlament seçkilərinin nəticələrini boykot etmək heç bir məntiqə sığmır – müxalif partiya sədri

Siyasət Materials 18 Noyabr 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bəzi partiyalar tərəfindən parlament seçkilərinin nəticələrinə kölgə salınması və seçkinin boykot edilməsi heç bir məntiqə sığmır. Bu barədə cümə axşamı Trend-ə müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib.

"Seçkiləri boykot etmək olmaz. Çünki müəyyən dairələrdə seçkilər normal keçib, müəyyən dairələrdə qanunsuzluqlar olub. Mərkəzi Seçki Komissiyası bütün şikayətlər üzrə məsələlərə baxır. Hər dairənin işi ayrılıqda müzakirə olunur və qərar qəbul edilir", - Rüstəmxanlı əlavə edib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 125 seçki dairəsi üzrə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra AXCP-Müsavat siyasi partiyalar bloku, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan bəzi partiyalar, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəyatan imzalayaraq seçkilərin nəticələrini tanımadıqlarını elan ediblər. Həmin partiyalardan olan namizədlərin heç biri parlamentdə yer qazana bilməyib.

VHP sədrinin fikrincə, bəzi müxalifət partiyalarının seçkilərin nəticələrini tanımaması Azərbaycanda birinci dəfə rast gəlinən hal deyil.

"Dəfələrlə seçkilərdən sonra hansı müxalifət partiyası parlamentə düşə bilməyibsə, boykot fikri səsləndirib. Ancaq Azərbaycanda konkret boykot mexanizmləri yoxdur. Boykot elan olunanda, heç nə dəyişməyəcək. Ona görə də mən düşünürəm ki, baykot yox, parlamentlə ciddi şəkildə işləmək lazımdır", - Rüstəmxanlı bildirib.

VHP parlamentdə üç yer qazanıb.

Xəbər lenti

Xəbər lenti