...

Azərbaycan Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib

Siyasət Materials 25 Noyabr 2010 16:27 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin cümə axşamı genişləndirilmiş hərbi kollegiyası keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Müdafiə Nazirliyinin cümə axşamı genişləndirilmiş hərbi kollegiyası keçirilib. Bu barədə məlumatı nazirliyin mətbuat xidməti bildirib.

Kollegiya iclasında Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2010-cu ildə hazırlığının yekunları və 2011-ci tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.

İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrin rəisləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti