...

Azərbaycanın səfiri Moskvadakı kütləvi iğtişaşlarla bağlı rusiyalıları birləşməyə çağırır

Siyasət Materials 16 Dekabr 2010 20:18 (UTC +04:00)
Bu yaxınlarda Manej meydanında və Moskva metrosunda baş verən iğtişaşlar çoxmillətli Rusiya üçün böyük təhlükə törədir və bu zorakılıq dalğasının qarşısını yalnız siyasətçilərin, qeyri-hökumət təşkilatlarının, intellektual elitanın və sadə vətəndaşların birgə səyləri ilə almaq olar.
Azərbaycanın səfiri Moskvadakı kütləvi iğtişaşlarla bağlı rusiyalıları birləşməyə çağırır

Bu yaxınlarda Manej meydanında və Moskva metrosunda baş verən iğtişaşlar çoxmillətli Rusiya üçün böyük təhlükə törədir və bu zorakılıq dalğasının qarşısını yalnız siyasətçilərin, qeyri-hökumət təşkilatlarının, intellektual elitanın və sadə vətəndaşların birgə səyləri ilə almaq olar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə düşünür. Məlumatı RİA Novosti yazır.

Dekabrın 11-də Moskvanın mərkəzində Manej meydanında iğtişaşlar baş verib. Orada beş mindən çox futbol azarkeşi və millətçilər sonradan talanlara çevrilən qeyri-qanuni aksiya keçiriblər. Milliətçi şüarlar səslənilib, onlarla insan döyülüb. Buna səbəb "Spartak" (Nalçik) futbol klubunun azarkeşi Yeqor Sviridovun öldürülməsi olub.

"Mən xarici dövlətin səfiri kimi Rusiyanın daxili işlərinə qarışa bilmərəm. Lakin Moskvada uzun illər yaşayan və oğlu, indi isə nəvəsi Moskvada yaşayan bir insan kimi, mən müxtəlif millətlərin bu şəhərdə necə yaşayacaqlarına biganə qala bilmərəm", - Bülbüloğlu cümə axşamı Moskvada "Xalq diplomatiyasının beynəlxalq humanitar əməkdaşlığın inkişafında rolu" adlkı beynəlxalq forumda çıxışı zamanı deyib.

Ötən çərşənbə günü milis Moskvada yeni kütləvi iğtişaşların qarşısını ala bilib. DİN əməkdaşları şəhərin müxtəlif yerlərində müxtəlif huquq pozuntularına görə 1300 nəfəri saxlayıb. Onlardan 16 travmatik tapança, 200-dən çox bıçaq, çəkic və beysbol taxtaları müsadiə olunub. Saxlanılanların bəzilərinə qarşı "ölümə cəhd" maddəsi ilə cinayət işi qaldırılıb.

Azərbaycan səfirinin sözlərinə görə, dünən o, çərşənbə günü Kiyev meydanında, metro stansiyalarında baş verənlər haqqında "bütün hesabat və məlumatlara" qulaq asıb, lakin müəlliflərin "milisin öz işinin öhdəsindən çox peşəkarlıqla gəlməsi" ilə bağlı optimistliyini bölüşmür.

"Düzdür, milis öz vəzifəsini bir həftə, bir ay, iki ay peşəkarcasına yerinə yetirə bilər... Lakin süngüdə millətlərarası həmrəyliyi saxlamaq olmaz. Bu problem ilk baxışda göründüyündən daha dərin, daha ciddi və daha əhəmiyyətlidir. Odur ki, burada adi vətəndaşların rolu çox böyükdür və onları yaddan çıxarmaq olmaz", - diplomat qeyd edib.

Onun sözlərinə görə, "ağılsız müsibət və zorakılığın" qarşısını almaq üçün hər bir insan etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, bütün insanlar üçün sülh, həmrəylik və bərabərhüquqluluğun könüllü elçisi və müdafiəçisi olmalıdır.

Xəbər lenti

Xəbər lenti