...

UNODC Azərbaycanı əfqan mənşəli narkotiklərin dövriyyəsi ilə mübarizədə mühüm ölkə hesab edir

Siyasət Materials 24 Dekabr 2010 16:32 (UTC +04:00)
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) Azərbaycana əfqan mənşəli narkotiklərin dövriyyəsi ilə mübarizədə mühüm ölkə kimi baxır.
UNODC Azərbaycanı əfqan mənşəli narkotiklərin dövriyyəsi ilə mübarizədə mühüm ölkə hesab edir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir S.Ağayeva/

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) Azərbaycana əfqan mənşəli narkotiklərin dövriyyəsi ilə mübarizədə mühüm ölkə kimi baxır.

Azərbaycan əfqan mənşəli narkotiklərin dövriyyəsi ilə mübarizədə mühüm ölkə, UNODC-nin Cənubi Qafqazda fəal tərəfdaşıdır. Strukturun yeni icraçı direktoru Yuri Fedotov belə hesab edir.

"UNODC bu əməkdaşlığın daha da inkişaf etdirilməsində Azərbaycana dəstək göstərməyə hazırdır", - Fedotov Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovla görüşündə bildirib. Bu barədə Trend-ə cümə günü səfirlikdən məlumat verilib.

İsmayılov BMT strukturunun icraçı direktoru ilə görüşündə bildirib ki, Azərbaycan narkotiklərlə və mütəşəkkil cinayətkarlığa qarşı beynəlxalq səviyyədə mübarizə çərçivəsində UNODC ilə əməkdaşlığa böyük önəm verir.

UNODC rəhbəri narkotiklərlə və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın təklif və təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib. Fedotov dünyada narkotiklərlə bağlı problemlərin mövcudluğundan təəssüfünü ifadə edərək, bu problemin həllində Azərbaycandan dəstək gözlədiyini bildirib.

2007-ci ildə Azərbaycanda öz ofisini açan BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ölkə ilə fəal əməkdaşlıq edir.

1992-ci ildə Azərbaycan BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə Konvensiyasına qoşulub.

Xəbər lenti

Xəbər lenti