...

Azərbaycan Aİ üçün əsas tərəfdaşdır - Avropa Komissiyasının rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Yanvar 2011 11:15 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu energetika üzrə komissar Günter Ettingerin müşayiətilə yanvarın 13-15-də Azərbaycana və Türkmənistana səfər edəcək.
Azərbaycan Aİ üçün əsas tərəfdaşdır - Avropa Komissiyasının rəhbəri (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (birinci xəbər 10:10-da yayılıb)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu energetika üzrə komissar Günter Ettingerin müşayiətilə yanvarın 13-15-də Azərbaycana və Türkmənistana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşlər keçiriləcək. Həmin görüşlərdə tərəflər Avropa İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərin bütün spektri, o cümlədən energetika məsələləri müzakirə olunacaq. Bu barədə Avropa Komissiyasının Bakı ofisi məlumat verib.

Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır və Aİ bu ölkələrlə münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir, məlumatda Avropa Komissiyasının rəhbəri Barrozunun sözlərindən sitat gətirilir.

"Biz uzunmüddətli təhlükəsizliyin və Avropada enerji resurslarının nəqlinin şaxələndirilməsinin təmin olunmasında maraqlıyıq. Ona görə də mən Xəzər regionundan bilavasitə avropalı istehlakçılara qaz çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün hər cür səy göstərmək fikrindəyəm. Əminəm ki, birlikdə bu strateji təşəbbüsü həyata keçirmək üçün zəruri şərait yarada bilərik", - o, bildirib.

Yanvarın 13-də Bakıya səfər çərçivəsində Avropa Komissiyasının rəhbəri və Prezident İlham Əliyevin "Cənub dəhlizi"nin yaradılması barədə birgə bəyannamə imzalayacaqları gözlənilir. Eləcə də Azərbaycanda siyasi və iqtisadi islahatların dəstəklənməsi üzrə "Modernləşmək üçün tərəfdaşlıq" Aİ-Azərbaycan bəyannaməsinin razılaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti