...

Gürcüstan Prezidenti və Parlamentin vitse-spikeri Azərbaycanla bağlanan qaz müqaviləsini müzakirə ediblər

Siyasət Materials 12 Fevral 2011 10:10 (UTC +04:00)
Gürcüstan müxalifətinin nümayəndəsi olan Gürcüstan Parlamentinin vitse-spikeri Levan Vepxvadze və Prezident Mixail Saakaşvili arasında cümə günü parlamentdə müzakirələr keçirilib.
Gürcüstan Prezidenti və Parlamentin vitse-spikeri Azərbaycanla bağlanan qaz müqaviləsini müzakirə ediblər

Gürcüstan, Tiflis, 12 fevral / Trend, müxbir N. Kirsxalia/

Gürcüstan müxalifətinin  nümayəndəsi olan Gürcüstan Parlamentinin vitse-spikeri Levan Vepxvadze və Prezident

Mixail Saakaşvili

arasında cümə günü parlamentdə müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirə predmeti Gürcüstanın Azərbaycandan adığı təbii qazın qiyməti olub.

Vepxvadze Gürcüstanın qazı yüksək qiymətlərlə satın aldığını söylədi. Bu zaman Mixail Saakaşvili onun sözünü kəsib, ona qazın daha ucuz olduğu bir ölkə adını çəkməyə xahiş edib.

Öz növbəsində xristian-demokratların partiyasından olan millət vəkili Gürcüstanın Azərbaycan ilə bağlanmış müqavilələrdən istifadə etmədiyini və "Qazprom"a qaz tranziti üçün daha yöksək məbləq ödəməyə məcbur etdiyini söylədi.

Prezident opponentlərini "fundamental yalan" söylədiklərində təqsirləndirdi. "Qazprom"un burada heç bir imtiyazı yoxdur, əksinə onlar burada hər hansı bir başqa ölkə ilə müqayisədə daha çox tranzit haqqı ödəyirlər ", deyə o bildirib.

Azərbaycan Gürcüstanın təbii qazın əsas təchizatçısıdır. Əvvəllər Gürcüstanın  əsas qaz təchizatçısı Rusiya idi. Lakin 2008-ci il avqust ayın hadisələrindən sonra Saakaşvilinin Rusiya ilə münasibətləri pozulub.

Bundan əlavə, Azərbaycan  Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihəsi çərçivəsində Avropa bazarlarına neft və təbii qazla təchiz etmək üçün Gürcüstan ərazisindən transit yolu kimi istifadə edir.

Xəbər lenti

Xəbər lenti