...

Azərbaycanın səfiri Vatikanın təşkil etdiyi konfransda çıxış edib

Siyasət Materials 11 Mart 2011 16:10 (UTC +04:00)
Vatikana akkreditə edilən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Vatikan Mədəniyyət Nazirliyinin bu ölkəyə akkreditə olunmuş səfirlər üçün təşkil etdiyi konfrans-müzakirələrdə iştirak edib.
Azərbaycanın səfiri Vatikanın təşkil etdiyi konfransda çıxış edib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Vatikana akkreditə edilən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Vatikan Mədəniyyət Nazirliyinin bu ölkəyə akkreditə olunmuş səfirlər üçün təşkil etdiyi konfrans-müzakirələrdə iştirak edib.

Konfransın ideyası ötən il səfirlərlə başlayan mədəniyyətlərarası dialoqun qloballaşma və effektiv aparılması zərurəti kontekstində Vatikan üçün maraq doğuran bəzi məsələlərlə bağlı davam etdirilməsindən ibarətdir, - cümə günü Trend-ə Əmirbəyov bildirib.

Konfransda çıxış edən Azərbaycanın səfiri ölkənin mədəniyyətlərarası dialoqun həyata keçirilməsindəki rolundan danışaraq, iki qitənin, sivilizasiya və mədəniyyətlərin kəsişməsində yerləşən ölkənin malik olduğu üsütlükləri barədə çıxış edib.

Səfir son illər Azərbaycanda ölkə hökuməti, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən tədbirlərin üzərində ətraflı dayanıb və keçirilməsi aprelin 7-9-da Bakıda planlaşdırılan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun anonsunu verib.

Dünya forumunu Azərbaycan hökuməti YUNESKO və Avropa Şurası ilə birgə keçirir. Səfir konfrans iştirakçılarını forumun proqramı haqqında məlumatlandırıb. Səfirin çıxışı böyük maraqla qarşılanıb, ona suallar verilib.

Diplomatın sözlərinə görə, Vatikan bu forumda Xarici İşlər və Mədəniyyət nazirliklərinin rəsmi nümayəndələrinin timsalında iştiraka ciddi yanaşır.

Xəbər lenti

Xəbər lenti