...

AŞPA-da səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi müzakirə olunub

Siyasət Materials 17 Mart 2011 14:02 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsində səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi müzakirə olunub.
AŞPA-da səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsində səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi müzakirə olunub. Bu barədə Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, seçkilərə yaşlı nəslin marağı getdikcə azalır və gənclərin səsverməyə daha çox cəlb olunması istiqamətində addımlar atılması tövsiyə edilir.

Səmədov qeyd edib ki, bu məsələ komitənin iclasında geniş müzakirələrə səbəb olub.

Hazırda dünyanın əksər ölkələrində səsvermə hüququ üçün yaş həddi 18 yaşdır.

"Yaş həddi və səsvermə hüququnun insanlara verilməsi ölkələrin konstitusiyalarında öz əksini tapıb. 47 ölkənin konstitusiyasına dəyişiklik edilməsi isə bir qədər utopik məsələ kimi görünür", - Seyidov bildirib.

Millət vəkili qeyd edib ki, səsvermə hüququ üçün yaş həddinin 16 yaşadək azaldılmasına Avropada yalnız Avstriya cəhd göstərib.

Komitə iclasında "Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi"nə dair müzakirələr Serbiyadan olan millət vəkilinin təşəbbüsü ilə aparılıb.

Xəbər lenti

Xəbər lenti