...

İordaniyanın ticarət və sənaye naziri Azərbaycana gələcək

Siyasət Materials 28 Mart 2011 14:28 (UTC +04:00)
Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası aprelin 11-12-də Bakıda keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib.
İordaniyanın ticarət və sənaye naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası aprelin 11-12-də Bakıda keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib.

Bu məqsədlə Bakıya İordaniya Haşimiyyə Krallığının sənaye və ticarət naziri Hani əl-Mülkinin başçılığı ilə nümayəndə heyəti gələcək.

Komissiyanın ilk iclası 2008-ci ildə İordaniyada keçirilib.

İclasda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılıb. İclasın yekunları üzrə protokol imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti