...

Fuad Muradov "Avronest" Parlament Assambleyasının enerji komitəsinin həmsədri seçilib

Siyasət Materials 3 May 2011 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

"Avronest" Parlament Assambleyasının komitələrinə seçkilər keçirilir.

Trend-in məlumatına görə, "Avronest" Parlament Assambleyasının təsis iclasında millət vəkili Fuad Muradov qurumun enerji komitəsinin həmsədri seçilib.

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər.

Brüssel şəhərində keçirilən toplantıya Avropa Parlamentinin prezidenti Yerji Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılıb.

İclasda "Avronest" PA-nın komitə və qurumları, struktur bölmələri yaradılır, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti