...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Serbiyada qeyd edilib

Siyasət Materials 10 May 2011 13:46 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyində tədbir keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Serbiyada qeyd edilib

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyində tədbir keçirilib.

Tədbirdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhər meriyasının rəhbərliyi, Serbiya-Azərbaycan Ticarət-iqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər. Bu barədə Trend-ə səfirlikdən bildirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs edib, əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə səfirlik və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Hüseynbala Mirələmov və Viktor Andriyanovun "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdikləri və Belqrad şəhərində serb dilinə tərcümə olunaraq nəşr olunmuş kitabının təqdimatı keçirilib, görkəmli siyasi xadim Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolundan və fəaliyyətindən, ümimmilli liderin Azərbaycanda dövlət quruculuğu prosesində rolundan və xalqımızın qarşısında misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti