...

Rusiyada küçələrdən birinə ümummilli lider Heydər Əliyevin adı verilib

Siyasət Materials 10 May 2011 15:37 (UTC +04:00)
Rusiya Federasiyası İnquşetiya Respublikasının Malqobek şəhərinin küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verilib.
Rusiyada küçələrdən birinə ümummilli lider Heydər Əliyevin adı verilib

Azərbaycan, Bakı, 10 may /Trend/

Rusiya Federasiyası İnquşetiya Respublikasının Malqobek şəhərinin küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verilib. Bu barədə çərşənbə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bu barədə qərarı Ümumrusiya Azərbaycanlıları Konqresinin Şimali Qafqaz federal dairəsi üzrə nümayəndəliyinin müraciətini nəzərdən keçirən Malqobek şəhər sovetinin deputatları qəbul edib.

Deputatlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin güclənməsi istiqamətində gördüyü xidmətlərinə görə bu qərarı verdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti