...

İsrail səfiri Azərbaycan xalqını "Eurovision-2011"-də qələbə münasibətilə təbrik edib

Siyasət Materials 16 May 2011 20:20 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan xalqını "Eurovision-2011"də qələbə münasibətilə təbrik edib.
İsrail səfiri Azərbaycan xalqını "Eurovision-2011"-də qələbə münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir T.Konyayeva/

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan xalqını "Eurovision-2011"də qələbə münasibətilə təbrik edib.

Müsabiqədə Azərbaycanın İsraili qabaqlamasına baxmayaraq, səfir deyib ki, bu hadisəyə çox şaddır və Qərb jurnallarının üz qabığında ifaçılarımızın fotoşəkilərini görəndə heyran olub.

Diplomat jurnalistlərin İsrail və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni əlaqələr haqqında suallarını cavablandırarkən iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyəsini qeyd edib və onların gələcək inkişafına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti