...

Çexiya Prezidenti və xanımı Bakı buxtasında yaxta ilə gəzintidə olublar

Siyasət Materials 18 May 2011 18:33 (UTC +04:00)
Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova çərşənbə günü Xəzər dənizinin Bakı buxtasında yaxta ilə gəzintidə olublar.
Çexiya Prezidenti və xanımı Bakı buxtasında yaxta ilə gəzintidə olublar

Azərbaycan, Bakı, 18 may /Trend/

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova çərşənbə günü Xəzər dənizinin Bakı buxtasında yaxta ilə gəzintidə olublar.

Trend-in məlumatına görə, dənizdən paytaxtın ümumi mənzərəsini maraqla seyr edən Çexiya Prezidentinə məlumat verilib ki, gündən-günə daha da müasirləşən və sürətlə yenilənən Bakının inkişafı istiqamətində görülən işlər konkret dövlət proqramlarına əsaslanır.

Ali qonaq Bakıda son illərdə aparılan sürətli yenidənqurma işlərinin nəticələri və reallaşdırılması nəzərdə tutulan irimiqyaslı infrastruktur layihələrinin icrası ilə maraqlanıb.

Qonağın diqqətinə çatdırılıb ki, Bakının sosial-iqtisadi modernləşdirilməsi işləri davamlı xarakter alıb, yollar və digər infrastruktur obyektləri inşa olunub, yenidən qurulub, həmçinin ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Xəzərdən Bakının mənzərəsini maraqla seyr ediblər.

Ali qonaq yaxtada xanımı ilə xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti