...

Gürcüstan hökuməti polisin səlahiyyətlərini aşması faktlarını araşdırmalıdır

Siyasət Materials 26 May 2011 15:05 (UTC +04:00)
Zorakılıq heç vaxt cəmiyyət qarşısında duran çağırışlara cavab deyil. Trend-in məluymatına görə, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas dünən Gürcüstan Parlamenti qarşısında baş verən hadisələri şərh edərkən bildirib.
Gürcüstan hökuməti polisin səlahiyyətlərini aşması faktlarını araşdırmalıdır

Gürcüstan, Tbilisi, 26 may /Trend müxbir N.Kirsxaliya/

Zorakılıq heç vaxt cəmiyyət qarşısında duran çağırışlara cavab deyil. Trend-in məluymatına görə, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas dünən Gürcüstan Parlamenti qarşısında baş verən hadisələri şərh edərkən bildirib.

Bas Gürcüstan hökuməti tərəfindən "Xalq məclisi" aksiyası iştirakçılarına toplaşdıqları yerin dəyişdirilməsi barədə edilən təklifi müsbət qiymətləndirib. "Bu, düzgün qərar idi, lakin aksiya iştirakçıları arasında elə adamlar var idi ki, onlar hadisələrin dinc sonluqla başa çatmasında maraqlı deyildilər və problemlərin həlli yolu olmayan zorakılığa meyilli idilər", - o bildirib.

Bununla yanaşı, ABŞ səfiri qeyd edib ki, polis tərəfindən güc tətbiqi ilə bağlı informasiyası var. "Hökumət belə faktları öyrənməli və vətəndaşları ehtiyac olmadan təqib edən günahkarları cəzalandırmalıdır", - o deyib.

Dünən gecə müxalifətin hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşması zamanı iki nəfər həlak olub. Səhərə olan vəziyyətə görə, Tbilisinin xəstəxanalarında nümayişin dağılması zamanı xəsarət alan 37 nəfər, o cümlədən 8 polis, 28 mülki vətəndaş və İTV kanalının bir jurnalisti var.

Xəbər lenti

Xəbər lenti