...

Aktauda Respublika Günü ilə bağlı fotosərgi açılıb (FOTO)

Siyasət Materials 26 May 2011 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Qazaxıstanın Aktau şəhərində "Azərbaycanın gözəllikləri - xarici jurnalistlərin gözü ilə" fotosərgisinin rəsmi açılış mərasimi olub.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, sərgi Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və 28 may - Respublika Günü münasibətilə Baş konsulluq tərəfindən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Rəsmi sərgidə Qazaxıstan Respublikasının Manqistau vilayətinin rəsmi nümayəndələri, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, tanınmış elm və incəsənət xadimləri, Manqistau vilayətində fəaliyyət göstərən digər millətlərin diaspor təşkilatlarının rəhbərləri, azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, azərbaycanlı tələbələr, mərkəzi və yerli kütləvi informasiya vasitələri nümayəndələri ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan respublikası Dövlət Neft Şirkətinin rəsmi nümayəndələri də iştirak ediblər.

Fotosərgidə Qazaxıstan Respublikasın Jurnalistlər İttifaqının üzvü, Manqistau vilayətin aparıcı qəzetlərindən olan "Lada"nın müxbiri Nataliya Zadereskayanın Azərbaycana səfəri zamanı çəkdiyi Bakı şəhərinin tarixi abidələri, təbiəti, xalq sənətkarlığı və Azərbaycanın müasir həyatına həsr olunmuş fotoşəkillər nümayiş etdirilib.

Sərgi mayın 28-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti