Azərbaycan, Bakı, 28 may / Trend/
Azərbaycan Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarovun 29 may - 3 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri nəzərdə tutulub. Trend-in məlumatına görə bu barədə şənbə günü XİN mətbuat xidmətindən bildirilib.
ABŞ-a səfəri çərçivəsində n azir Məmmədyarovun Nyu-York şəhərində BMT-nin Baş Qərargahında İKT Səfirlərinin görüşündə çıxışı, BMT-nin Baş Katibi Ban Ki-mun ilə görüşü, Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri və Asiya dövlətlərinin BMT yanında daimi nümayəndələri ilə, Vaşinqton şəhərində isə ABŞ-ın Dövlət Katibi Hillari Klinton, Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill ilə görüşləri nəzərdə tutulub.