...

Azərbaycan və Almaniya arasında məhkəmə sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb

Siyasət Materials 8 İyun 2011 11:36 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsi ilə Almaniyanın Baden-Vürttemberq federal torpağının Ali İnzibati Məhkəməsi arasında əməkdaşlığın əsası qoyulub.
Azərbaycan və Almaniya arasında məhkəmə sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsi ilə Almaniyanın Baden-Vürttemberq federal torpağının Ali İnzibati Məhkəməsi arasında əməkdaşlığın əsası qoyulub. Trend-in məlumatına görə, çərşənbə günü Bakıda keçirilən "Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" adlı beynəlxalq konfransda məhkəmə sədrləri tərəfdaşlıqla bağlı bəyannamə imzalayıblar.

Bəyannamə hər iki ölkə arasında məhkəmə sahəsində təcrübə mübadiləsini, əməkdaşlığı nəzərdə tutur.

Bu gün Bakıda "Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" adlı beynəlxalq konfrans işə başlayıb. Konfrans Azərbaycanın Ali Məhkəməsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti