...

Bakı yol polisinin əməkdaşı vəzifəsindən azad olunub, digərinə "şiddətli töhmət" verilib

Siyasət Materials 21 İyul 2011 20:25 (UTC +04:00)
Bakı yol polisinin 1 əməkdaşı vəzifəsindən azad olunub, 1 əməkdaşa isə "şiddətli töhmət" elan edilib.
Bakı yol polisinin əməkdaşı vəzifəsindən azad olunub, digərinə "şiddətli töhmət" verilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Bakı yol polisinin 1 əməkdaşı vəzifəsindən azad olunub, 1 əməkdaşa "şiddətli töhmət" elan edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, d axili işlər nazirinin 21 iyul 2011-ci il tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücü barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş inzibati qaydada tədbir görmədiyinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə, daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1 əməkdaşı tutduğu vəzifədən azad olunub, 1 əməkdaşa "şiddətli töhmət" elan edilib, tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə tağım komandirinə ciddi xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti