...

İran Parlamenti Sepah generalını neft naziri vəzifəsinə seçib

Siyasət Materials 3 Avqust 2011 17:07 (UTC +04:00)
namizdəliyinin lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər yayıb.
İran Parlamenti Sepah generalını neft naziri vəzifəsinə seçib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İran Paralmenti general Rüstəm Qasıminin neft naziri vəzifəsinə namizdəliyinin lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər yayıb.

Qasıminin bu vəzifəyə təyin edilməsinin lehinə 216, əleyhinə 22 parlamentari səs verib, 7 nəfər bitərəf qalıb.

Briqada generalı "Xətəmu-l-Ənbiya" bazasının, İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) tikinti bölməsinin rəhbəridir. Tikinti bölməsi hazırda İranda neft-qaz layihələrinin çoxunu həyata keçirir.

2010-cu ilin fevralında ABŞ Maliyyə Nazirliyi Qasıminin adını "qara siyahı"ya daxil edib. Siyahıya daxil edilənlərə ABŞ şirkətləri ilə iş aparmaq və ya ABŞ-da bank hesablarına malik olmaq qadağan edilir.

Çərşənbə günü İran Parlamentində ölkə Prezidenti Mahmud Əhmədnejadın dörd nazirliyin rəhbəri vəzifəsini təqdim etdiyi namizədlərin təsdiqlənməsi üzrə iclas başlayıb. Bu barədə IRNA xəbər verir.

Ötən həftə Əhmədinejad İslam Məsləhət Şurasına göndərdiyi məktubda dörd şəxsin nazir vəzifələrinə namizədliklərini göstərib.

Mayın ortalarında Əhmədinejad nazirliklərin sayının 21-dən 17-dək azaldılasaı üzrə plan çərçivəsində 3 naziri vəzifəsindən azad etmişdi. Neft naziri Seyid Məsud Mirkazimi, sosial təminat naziri Sadıq Mahsuli, sənaye və mədən naziri Əliəkbər Mehribani vəzifələrindən azad edilmişdi.

Xəbər lenti

Xəbər lenti