...

Azərbaycan effektiv dövlət modeli qurub - ekspert

Siyasət Materials 5 Avqust 2011 18:02 (UTC +04:00)
Azərbaycan effektiv dövlət modeli qurub və respublika qarşısında duran başlıca vəzifə öz potensialının aktivləşdirilməsidir.
Azərbaycan effektiv dövlət modeli qurub - ekspert

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan effektiv dövlət modeli qurub və respublika qarşısında duran başlıca vəzifə öz potensialının aktivləşdirilməsidir. Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"Son vaxtlar keçmiş Sovet İttifaqının demək olar ki, bütün ölkələrində olaraq, mən başa düşürəm ki, "effektiv" və "qeyri-effektiv sistem" anlayışı var. Hazırda Azərbaycanın qurduğu model effektivdir [...] Sonra nə olacağını demək çətindir, - ekspert qeyd edib. - Azərbaycanın başlıca vəzifəsi öz potensialını aktivləşdirməkdir", - Vlasovun sözləri "Deutsche Welle"də dərc edilən Azərbaycana həsr olunmuş məqalədə yer alıb.

Məqalə Azərbaycandakı vəziyyətin ekspert və analitiklərlə təhlili əsasında qurulub.

Vlasovun fikrincə, ölkə [Azərbaycan] SSRİ-nin dağılması nəticəsində əldə etdiyi imkanlardan istifadə etməlidir.

"Azərbaycan çox şeyə qadirdir", - ekspert vurğulayıb.

"Azərbaycan demoqrafik mənada gənc ölkədir. O, yaxın onillikdə hansı yolla gedəcəyini hələ ki müəyyənləşdirməyib. Neftdən gələn gəlirləri insan kapitalına qoysa, onun böyük potensialı var", - Vlasov əlavə edib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış vəziyyət hazırda ölkənin "ən yaralı yeri"dir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti