...

Türkiyə WikiLeaks-in məlumatlarına əhəmiyyət vermir - səfir

Siyasət Materials 6 Sentyabr 2011 12:54 (UTC +04:00)
Türkiyə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı WikiLeaks saytında yayılan məlumatlara əhəmiyyət vermir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.
Türkiyə WikiLeaks-in məlumatlarına əhəmiyyət vermir - səfir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Axundov/

Türkiyə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı WikiLeaks saytında yayılan məlumatlara əhəmiyyət vermir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.

"Azərbaycan və Türkiyənin qardaş münasibəti hamıya məlumdur. Biz belə məlumatlara əhəmiyyət vermirik", - səfir bildirib.

Rəsmi Bakı WikiLeaks saytında Azərbaycanla bağlı verilən son məlumatların yalan və böhtan olduğunu bəyan edib.

"WikiLeaks ABŞ diplomatlarına istinad edərək, onların mülahizələrinə söykənərək bölgədə müxtəlif dövlətlərin münasibətlərini kəskinləşdirməyə cəhd göstərən və heç bir əsası olmayan informasiyaları yayma xəttini tutdu. Bununla bağlı biz dəfələrlə təkzib vermişik - xüsusən də Azərbaycan-Türkiyə münasibətlərini pisləşdirməyə yönəldilmiş informasiyalar var idi, Azərbaycan və Türkiyə rəhbərlərini ləkələməyə istiqamətlənən məlumatlar var idi, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərinə toxunan və bu münasibətlərin ahəngini pozmağa çalışan müəyyən bəlli, məqsədyönlü düşünülmüş xətlər var idi. Bunlarla bağlı biz dəfələrlə təkzib vermişik, onları inkar etmişik - boş informasiyadır, yalandır, qəsdən uydurulmuş, yayılmış məlumatlardır və bu gündə həmin fikirdəyik", - bunu bazar ertəsi Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti