...

Azərbaycan XİN ilə Almaniyanın GIZ təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 13 Sentyabr 2011 16:38 (UTC +04:00)
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniyanın G I Z təşkilatı arasında Azərbaycanın Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) imkanlarının artırılmasına texniki yardımın göstərilməsi haq qın da Anlaşma Memorandumu" imzalanıb.
Azərbaycan XİN ilə Almaniyanın GIZ təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniyanın G I Z təşkilatı arasında Azərbaycanın Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) imkanlarının artırılmasına texniki yardımın göstərilməsi haq qın da Anlaşma Memorandumu" imzalanıb.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sənədi xarici işlər nazirinin müavini Xələf Xələfov və Almaniyanın G I Z təşkilatının Azərbaycan üzrə direktoru Henninq Tvesten imzalayıblar.

Anlaşma Memorandumuna əsasən , Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və G I Z təşkilatı Azərbaycanın Beynəlxalq İnkişafa Yardım İdarəsinə (Agentlik) xarici ölkələrə göstəriləcək humanitar və texniki yardımların səmərəliliyinin artırılması sahəsində texniki yardım göstərəcək və bu sahədə öz təcrübəsini bölüşəcək.

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) Azərbaycan dövləti tərəfindən xarici ölkələrə göstərilən humanitar və texniki yardımların həyata keçirilməsi və əlaqələndirilməsi ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti