...

Senat ABŞ-ın Ermənistandakı səfirinin namizədliyini təsdiqləyib

Siyasət Materials 28 Sentyabr 2011 11:21 (UTC +04:00)
ABŞ Senatı ötən gecə Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə Con Hefernin namizədliyini təsdiqləyib.
Senat ABŞ-ın Ermənistandakı səfirinin namizədliyini təsdiqləyib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

ABŞ Senatı ötən gecə Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə Con Hefernin namizədliyini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Tert.am agentliyi xəbər verib.

Con Hefern təcrübəli diplomatdır və o, bu vəzifəyə təyin olunanadək ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini vəzifəsində çalışıb. Buna qədər o, ABŞ-ın İndoneziyadakı səfirliyində işləyib və rəhbər vəzifələr tutub. Hefern Yaponiyada, Malayziyada, Fil Dişi Sahilində və Çində, 1994-1996-cı illərdə isə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyasında çalışıb.

ABŞ Dövlət Katibliyində işə keçənədək Con Hefern senator Con Danfortun ofisinin direktoru vəzifəsini tutub.

Xəbər lenti

Xəbər lenti