...

"Şərq tərəfdaşlığı" azadlıq və demokratiya prinsiplərinin birliyinə əsaslanır – Polşa səfiri

Siyasət Materials 7 Oktyabr 2011 17:36 (UTC +04:00)
Praqada "Şərq tərəfdaşlığı"nın birinci sammiti Avropa Qonşuluq Siyasətinin konkret istiqaməti və gələcəkdə Şərqi Avropa ölkələrində islahatların dəstəklənməsi kimi iddialı layihələrin əsasını qoydu.
"Şərq tərəfdaşlığı" azadlıq və demokratiya prinsiplərinin birliyinə əsaslanır – Polşa səfiri

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Praqada "Şərq tərəfdaşlığı"nın birinci sammiti Avropa Qonşuluq Siyasətinin konkret istiqaməti və gələcəkdə Şərqi Avropa ölkələrində islahatların dəstəklənməsi kimi iddialı layihələrin əsasını qoydu. Bu barədə cümə günü Polşanın Azərbaycandakı səfiri Mixael Labenda Trend-ə müsahibəsində bildirib.

"Bu layihə həmin ölkələrin Avropa İttifaqı ilə siyasi və iqtisadi inteqrasiyasının sürətləndirilməsinə yönəlib", - diplomat deyib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" azadlıq və demokratiya, insan haqlarına hörmət və qanunun aliliyi prinsiplərinin birliyinə əsaslanır.

"Varşava sammiti "Şərq tərəfdaşlığı"nın gündəliyini konkretləşdirdi. Sammitdə aydın oldu ki, gücləndirilmiş islahatlar Aİ və tərəfdaş ölkələrin ümumi maraqlarına xidmət edir", - Labenda deyib.

Bundan başqa, Varşava sammitinin iştirakçıları bəzi tərəfdaşların Avropaya yönəlməsi və Avropa seçimini, onların davamlı demokratiya qurmaq qətiyyətini tanıdı. Sammit iştirakçıları Aİ ilə daha sıx əlaqələr axtaranların dəstəklənməsi üçün "Şərq tərəfdaşlığı"nın xüsisi roluna diqqət yetirdi.

Varşava sammitinin iştirakçıları azadlıq, təhlükəsizlik və ədalət sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış Aİ müəssisələri ilə maraqlı olan tərəfdaş ölkələri əməkdaşlığa çağırdı. Səfir bildirib ki, Varşava sammitinin iştirakçıları tərəfdaş ölkələrə Aİ proqramlarının gələcəkdə birgə maliyyələşdirilməsi vasitəsilə yardım etmək barədə razılığa gəliblər.

Diplomat qeyd edib ki, Aİ ilə tərəfdaş ölkələr arasında assosiasiyalar haqqında sazişə gəldikdə, Aİ öz qanunyaradıcı nou-haularını, norma və dəyərlərini nəhəng Avropa bazarını açmaqla bir vaxtda yayır.

Assoasiyalar haqqında saziş üzrə Aİ ilə Moldova Respublikası arasında danışıqlarda irəliləyiş əldə olunub. Eləcə də əhəmiyyətli irəliləyiş Azərbaycan, Ermənistan və Gürcüstanla da danışıqlarda əldə edilib.

Onun sözlərinə görə, tərəfdaş ölkələrin vətəndaşlarının bir ölkədən digərinə hərəkətinin sadələşdirilməsi üzrəində iş "Şərq tərəfdaşlığı"nın əsas məqsədi olaraq qalır. Bu məqsəd ilk addım kimi viza rejiminin sadələşdirilməsi və readmissiyanı nəzərdə tutur.

Səfir bildirib ki, bu sazişlər imzalandıqdan və effektiv şəkildə həyata keçirildikdən sonra Aİ və tərəfdaş ölkələr mütəmadi olaraq vizasız rejimi istiqamətində addımlar atacaqlar. Onun sözlərinə görə, bu məsələlərin hər birinə konkret halda ayrıca baxılacaq.

Varşava sammitinin iştirakçıları uzunmüddətli enerji təhlükəsizliyinin, o cümlədən sabit və təhlükəsiz enerji təchizatı və tranziti, nüvə təhlükəsizliyi, rəqabət aparan enerji bazarları vasitəsilə, eləcə də bərpa olunmuş enerji mənbələrindən istifadə və enerjinin effektivliyini artırılması məqsədilə əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi barədə razılığa gəliblər.

"Təhsil , elmi tədqiqatar, gənclər və mədəniyyət sahələrində siyasət məsələləri üzrə əməkdaşlıq və dialoq genişləndirilməlidir", - diplomat qeyd edib.

Labendanın sözlərinə görə, Varşava sammitinin iştirakçıları "Şərq tərəfdaşlığı"nın məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin oynadığı mühüm rolu qeyd ediblər.

Onun sözlərinə görə, Aİ ölkələri öz üzərilərinə vətəndaş cəmiyyətinin tam dəstəklənməsi və demokratiyanın dəstəklənməsində onun rolunun artırılmasına kömək etmək öhdəliyini götürüblər.

Xəbər lenti

Xəbər lenti