...

Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasının tarixi açıqlanıb

Siyasət Materials 18 Oktyabr 2011 11:19 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının birinci iclası oktyabrın 25-26-da İzmirdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Zaman" qəzeti məlumat verib.
Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasının tarixi açıqlanıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının birinci iclası oktyabrın 25-26-da İzmirdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Zaman" qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, iclasda Azərbaycanın yüksəkrütbəli rəsmi şəxsləri və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

İqtisadiyyat və ticarət sahəsində ikitərəfli münasibətlərin gələcək inkişaf yollarının müzakirəsi planlaşdırılır.

İclas iştirakçıları ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu Petkim neft-kimya kompleksinin xammalla təchiz edilməsini nəzərdə tutan yeni neft emalı zavodunun təməlqoyma mərasimində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti