Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hümmət oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilsin.