...

Azərbaycan və Türkiyə parlamentariləri ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 19 Noyabr 2011 14:25 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti noyabrın 21-dən Azərbaycanda görüşlər keçirəcək.
Azərbaycan və Türkiyə parlamentariləri ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir M.Əliyev/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti noyabrın 21-dən Azərbaycanda görüşlər keçirəcək. Bu barədə şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti səfər proqramını Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət etməklə başlayacaq.

Nümayəndə heyəti Milli Məclis sədri Oqtay Əsədov, həmçinin parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvləri ilə görüşəcəklər. Görüşlərdə Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər, əlaqələrin inkişafı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti