...

Milli Məclisdə "Bələdiyyələrin hesabatları haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Siyasət Materials 24 Yanvar 2012 12:33 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsi 2012-ci il yaz sessiyası üçün iş planını təsdiq edib.
Milli Məclisdə "Bələdiyyələrin hesabatları haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir M.Əliyev/

Milli Məclisin Regional məsələlər komitəsi 2012-ci il yaz sessiyası üçün iş planını təsdiq edib.

Trend-in məlumatına görə, komitə sədri Arif Rəhimzadə bununla bağlı keçirilən iclasda bildirib ki, parlamentin yaz sessiyasında komitə "Bələdiyələrin hesabatları haqqında" qanun layihəsi, həmçinin Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsini müzakirəyə çıxaracaq.

O deyib ki, "Bələdiyələrin hesabatları haqqında" qanun layihəsi Venesiya Komissiyası ilə birgə hazırlanır və layihədə əks olunan bir sıra məsələlərə aydınlıq gətirildikdən sonra plenar iclasa tövsiyə olunacaq.

Komitə sədri həmçinin qeyd edib ki, 2011-ci il payız sessiyası ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunlar qəbul olunub.

Komitənin iclasında millət vəkili Fəzail İbrahimli isə bildirib ki, Azərbaycanda bələdiyyələrin müstəqilliyinin təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. O qeyd edib ki, bələdiyyələrin maliyyələşdirilməsinə dövlətin diqqətinin artırılmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti