...

İran hərbi təyinatlı elektron və telekommunikasiya sistemlərini təqdim edib

Siyasət Materials 6 Fevral 2012 18:03 (UTC +04:00)
İran hərbi təyinatlı 21 yeni elektron və telekommunikasiya sistemini təqdim edib.
İran hərbi təyinatlı elektron və telekommunikasiya sistemlərini təqdim edib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran hərbi təyinatlı 21 yeni elektron və telekommunikasiya sistemini təqdim edib. Bu barədə bazar ertəsi Trend IRNA agentliyinə istinadən məlumat verir.

Təqdimatdan sonra sistemlər İran Silahlı Qüvvələrinə təhvil verilib.

Tədbirdə iştirak edən İranın müdafiə naziri Əhməd Vəhidi sistem haqqında qısa arayış verib.

Onun sözlərinə görə, hərbi texnika lazer sistemləri, tank əleyhinə raket idarəetmə sistemləri, üç yeni radar, lazer hədəfli müdafiə vasitələri, naviqasiya sistemləri, gəmi və sualtı qayıqlar üçün elektron rabitə sistemləri, termoqrafik kameralar, müşahidə vasitələri və HHM radarlarından ibarətdir.

Vəhidi əlavə edib ki, sistemlər ölkənin, xüsusilə uzaq məsafadə yerləşən rayonlarının təhlükəsizliyini möhkəmləndirmək üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti