...

Serbiya və Azərbaycan beynəlxalq arenada bir-birilərini dəstəkləyir – səfirlik

Siyasət Materials 13 Fevral 2012 12:50 (UTC +04:00)
Serbiya fevralın 15-də Dövlətçilik Gününü (ilk serb üsyanı günü) bayram edir.
Serbiya və Azərbaycan beynəlxalq arenada bir-birilərini dəstəkləyir – səfirlik

Azərbaycan, Bakı, 13 fevral / Trend, müxbir E.Tariverdiyeva /

Serbiya fevralın 15-də Dövlətçilik Gününü (ilk serb üsyanı günü) bayram edir.

"Azərbaycan-Serbiya ikitərəfli əməkdaşlığının müasir tarixi öz başlanğıcını iki dövlətin bir-birini tanıdığı vaxt, 1991-1992-ci illərin əvvəllərindən götürür, 1997-ci il avqustun 21-də isə rəsmi diplomatik əlaqələr quruldu. 2010-cu ilin martında Belqradda, 2011-ci ilin fevralında isə Bakıda iki ölkənin səfirliklər səviyyəsində diplomatik nümayəndəlikləri açıldı", - Serbiyanın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, 2010-cu ilin mayında Serbiya Prezidenti Boris Tadiçin Azərbaycan Respublikasına ilk rəsmi səfəri baş tutdu ki, bu da yüksək səviyyədə intensiv dialoqun və dövlət başçıları arasında xüsusi münasibətlərin başlanğıcını qoydu, altı ikitfərəfli sənəddən ibarət zərf imzalandı.

Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə başlayan, elm və texnologiyalar sahəsində razılaşmalarla tamamlanan müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti əhatə edən beş saziş layihəsi fəal hazırlanma mərhələsindədir.

"2011-ci ilin sentyabrında Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiç Azərbaycana səfər etdi. Səfər zamanı beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin müstəqilliyi kimi prinsiplərinin aliliyinin qəbulu üzrə iki ölkənin prinsipial mövqeyi bir daha vurğulandı. Serbiya və Azərbaycan beynəlxalq arenada da bir-birilərini dəstəkləyir", - səfirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti