...

İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 13 Fevral 2012 16:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend-in məlumatına görə, Özbəkistan səfiri İsmətulla İrqaşev diplomatik fəaliyyətinin Azərbaycanda uğurla keçdiyini vurğuladı. İsmətulla İrqaşev səfirliyin fəaliyyətinə yaradılmış yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı. İsmətulla İrqaşevin səfir kimi bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti